12/04/2022
20:00
954
| A A A
Ukrayna millisi İtaliya ilə yoldaşlıq oyunu keçirə bilər

Ukrayna millisi Qətərdə keçiriləcək dünya çempionatının pley-off mərhələsinə hazırlıq məqsədi ilə İtaliya yığması ilə yoldaşlıq oyunu keçirə bilər.

Goal.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko açıqlama verib.

47 yaşlı funksioner İtaliya Futbol Federasiyasının rəhbəri Qabriele Qravina ilə əlaqə saxladıqlarını bildirib: "Biz onların dəstəyini hiss edirik. İtaliya bəlkə də bizə kömək əlini uzadan ilk ölkə olub. Hazırda Ukrayna yığması üçün yoldaşlıq oyunları təşkil etməyə çalışırıq. Bir neçə variant var. Ümid edirik ki, Qravina bu məsələdə də bizə yardımçı olacaq. İtaliya millisi ilə bir qarşılaşma təşkil etmək mümkündür".

Qeyd edək ki, Ukrayna millisi mayın 31-i və ya iyunun 1-də pley-off mərhələsinin yarımfinalında Şotlandiya ilə üz-üzə gələcək. Komanda qələbə qazanacağı təqdirdə iyunun 5-də Uelslə görüşəcək. Final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq. (report)