13/04/2022
22:18
658
| A A A
Milli komandanın baş məşqçisi istefaya göndərildi

Fil Dişi Sahili millisinin baş məşqçisi Patris Bomel istefaya göndərilib.

Goal.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssislə müqavilənin müddəti başa çatıb və onunla yeni sözləşmə imzalanmayıb. Fransalı mütəxəssis 2020-ci ilin martından bu komandaya rəhbərlik edirdi.

Sonuncu Afrika Millətlər Kubokunda mübarizəni 1/8 finalda dayandıran Fil Dişi Sahili yığması, DÇ-2022-yə vəsiqə şansını da boşa verib.