19/04/2022
13:05
3876
| A A A
Azərbaycanda oynamış futbolçu ABŞ millisinin baş məşqçisi təyin olunub

ABŞ-ın 19 yaşadək futbolçulardan ibarət milli komandasının yeni baş məşqçisi açıqlanıb.

Goal.az xəbər verir ki, bu posta vaxtilə Azərbaycanda oynamış Marko Mitroviç gətirilib.

44 yaşlı serbiyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Marko Mitroviç 2005/2006 mövsümündə Şüvəlan komandasının formasını geyinib. (report)