Qazaxıstan millisində baş məşqçi dəyişikliyi
Qazaxıstan millisinin baş məşqçisi postuna təyinat rəsmiləşib.
Goal.az xəbər verir ki, Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibini Maqomed Adiyev çalışdıracaq. Karaqanda Shakhtar-unun baş məşqçisi bundan sonra Qazaxıstan millisinə rəhbərlik edəcək.
44 yaşlı mütəxəssis baş məşqçi postunda Andrey Karpoviçi əvəzləyib.
Millətlər Liqasında C Liqasının 3-cü qrupunda Qazaxıstan və Azərbaycanla yanaşı, Slovakiya və Belarus mübarizə aparacaq. Azərbaycan millisi ilk matçını iyunun 3-də səfərdə Qazaxıstana qarşı keçirəcək.