Villaş-Boaş milli komandanı çalışdıra bilər
Portuqaliyalı mütəxəssis Andre Villaş-Boaş Mərakeş millisinə rəhbərlik edə bilər.
Goal.az xəbər verir ki, 44 yaşlı mütəxəssis bu postda Vahid Halilhociçi əvəz edə bilər. Villaş-Boaşın milliyə gəlişi Halilhociçlə münaqişəsi olan Chelsea-nin mərakeşli yarımmüdafiəçisi Hakim Ziyexin də yığma komandaya qayıtmasına təsir edəcək.
Qeyd edək ki, Villaş-Boaşın son iş yeri 2019-2021-ci illərdə çalışdırdığı Marseille olub.