11/05/2022
23:04
839
| A A A
Ukrayna millisinin növbəti rəqibləri bilindi

Ukrayna milli komandasının yoxlama oyunları keçirəcəyi növbəti rəqiblər bəlli olub.

Goal.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Aleksandr Petrakovun rəhbərlik etdiyi milli komanda DÇ-2022-nin pley-off mərhələsinə hazırlıq məqsədilə İtaliyada Empoli ilə üz-üzə gələcək. Qarşılaşma mayın 17-də baş tutacaq. Yığma bir gün sonra Xorvatiyada Rijeka ilə görüşəcək.

Xatırladaq ki, Ukrayna millisi bu gün Borussia Monchengladbach-la üz-üzə gələcək.