02/06/2022
13:34
1848
| A A A
Argentina millisi rekord qırıb

Argentina "Finallisima" turnirində İtaliya millisinə 3:0 hesabı ilə qalib gələrək kuboka sahib çıxıb.

Goal.az xəbər verir ki, Lionel Skaloninin komandası artıq 32 oyundur ki, məğlub olmur. Bu göstərici ilə onlar öz rekordlarını qırıblar. Daha öncə ən uzun məğlubiyyətsiz seriya 1991-1993-cü illər arasında olmuşdu (31 oyun).