Mane millinin bombardiri oldu
Seneqal millisinin üzvü Sadio Mane ölkəsinin futbol tarixinə düşüb.
Goal.az xəbər verir ki, Afrika Millətlər Kubokunun seçmə mərhələsinin Beninlə keçirilən oyununda (3:1) het-trik edən hücumçu yığmada ən çox qol vuran futbolçu olub.
Mane 32 qolla bombardirlər siyahısında zirvəyə yüksəlib.
Qeyd edək ki, Liverpool-da çıxış edən hücumçudan əvvəl bu göstəricidə lider Anri Kamara idi (30 qol).