Qavi millinin tarixinə keçdi
Barcelona-nın futbolçusu Qavi İspaniya millisinin tarixinə düşüb.
Goal.az xəbər verir ki, UEFA Millətlər Liqasının Çexiya – İspaniya qarşılaşmasında qol vuran Qavi, bununla da, millidə qol vuran ən gənc oyunçu adını qazanıb. O, 17 yaş 304-cü günündə bu uğura imza atıb.
Qeyd edək ki, Çexiya – İspaniya matçı 2:2 hesabıyla başa çatıb.