06/06/2022
16:20
987
| A A A
Bolqarıstan millisində baş məşqçi ayrılığı

Bolqarıstan millisinin baş məşqçisi Yasen Petrov istefa verib.

Goal.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Gürcüstan millisinə 2:5 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının oyunundan sonra postundan ayrıldığını açıqlayıb.

Bolqarıstan yığması Millətlər Liqasında ilk turda Şimali Makedoniya ilə heç-heçə edib – 1:1.

Petrov 2021-ci ilin yanvarında millinin “sükanı arxasına” keçmişdi.