08/06/2022
12:48
1095
| A A A
Müller Filip Lamı keçdi

UEFA Millətlər Liqasının 2-ci turunda Tomas Müller Almaniya millisinin heyətində İngiltərə millisinə qarşı oyunda start heyətdə meydana çıxıb.

Goal.az xəbər verir ki, beləliklə 32 yaşlı futbolçu Almaniya millisinin heyətində 114-cü oyununu keçirib. Bu göstərici ilə o, Filip Lamı geridə qoyub (113 oyun). 114 oyunla Müller siyahının 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, siyahıya Lotar Matteus başçılıq edir (150 oyun).