10/06/2022
10:45
655
| A A A
Millətlər Liqası: Bu gün daha 7 oyun keçiriləcək

Bu gün UEFA Millətlər Liqasında III turun növbəti matçları keçiriləcək.

Goal.az xəbər verir ki, ikinci oyun günündə A, B, C və D liqalarında 7 qarşılaşma nəzərdə tutulub.

A Liqasında 1-ci qrupun görüşlərində 3 xala malik Avstriya 1 xalı olan Fransanı, 6 xalla lider mövqeyində qərarlaşan Danimarka 1 xalla sonuncu yerdə gedən Xorvatiyanı qəbul edəcək.

B Liqasında 2-ci qrupun cəmi 1 oyunu baş tutacaq. Bu görüş 1 xalla 2-3-cü yerləri bölüşdürən Albaniya və İsrail arasında olacaq. Rusiya yarışdan kənarlaşdırıldığı üçün İslandiya istirahət edəcək.

C Liqasında 3-cü qrupun qarşılaşmalarına gəldikdə, 1 xala malik Azərbaycan yığması 3 xalı olan Slovakiyanı qəbul edəcək. Eyni xalı olan Belarus isə 6 xalla qrupa başçılıq edən Qazaxıstanı qəbul edəcək.

Nəhayət, D Liqasında 1-ci qrupun görüşlərində Moldova Latviyanı, Andorra Lixtenşteyni sınağa çəkəcək. 2 turdan sonra Latviya 6 xalla liderdirsə, Moldovanın 4, Andorranı 1 xalı var. Son pillədəki Lixtenşteyn isə xalsızdır. (report)

10 iyun
Millətlər Liqası, III tur

A Liqası, 1-ci qrup

22:45. Avstriya - Fransa

22:45. Danimarka - Xorvatiya

Xal durumu: 

Danimarka - 6, Avstriya - 3, Fransa - 1, Xorvatiya - 1

B Liqası, 2-ci qrup

22:45. Albaniya - İsrail

Xal durumu:

 İslandiya - 2, İsrail - 1 (1 oyuna), Albaniya - 1 (1)

C Liqası, 3-cü qrup

20:00. Azərbaycan - Slovakiya

22:45. Belarus - Qazaxıstan

Xal durumu: 

Qazaxıstan - 6, Slovakiya - 3, Belarus - 1, AZƏRBAYCAN - 1

D Liqası, 1-ci qrup

20:00. Moldova - Latviya

22:45. Andorra - Lixtenşteyn

Xal durumu: 

Latviya - 6, Moldova - 4, Andorra - 1, Lixtenşteyn - 0.