12/06/2022
16:22
3303
| A A A
Milli komandada baş məşqçi ayrılığı

Ektor Kuper Konqo Demakratik Respublikası millisinin baş məşqçisi postundan istefaya göndərilib.

Goal.az xəbər verir ki, buna yığmanın Afrika Millətlər Kubokunun seçmə mərhələsində zəif çıxışı səbəb olub. Komanda ilk iki matçda məğlubiyyətlə üzləşib.

66 yaşlı argentinalı mütəxəssis 2021-ci ilin mayından Konqo Demokratik Respublikası yığmasını çalışdırırdı.