21/06/2022
11:21
1800
| A A A
Giqqz istefa verdi

Rayan Giqqz Uels milli komandasının baş məşqçi postundan ayrılıb.

Goal.az xəbər verir ki, Uels Futbol Assosiasiyası 49 yaşlı mütəxəssisin iyunun 20-də verdiyi müvafiq açıqlamanı təsdiqləyib.

UFA Giqqzin qərarının ölkə futbolunun maraqlarına cavab verdiyini bildirib. Qurum hazırda milli komandanın bütün diqqətinin Qətərdə keçiriləcək dünya çempionatına yönəldiyini vurğulayıb.

Qeyd edək ki, Giqqz keçmiş sevgilisinə hücumda ittiham olunub. Məsələ ilə bağlı araşdırmalar başlayacaq.