04/07/2022
13:26
1337
| A A A
Afrika Millətlər Kuboku iqlim dəyişikliyinə görə təxirə salınıb

Kot d İvuarda 2023-cü ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan Afrika Millətlər Kuboku iqlim səbəblərinə görə 2024-cü ilin fevralına təyin edilib.

Goal.az xəbər verir ki, bunu Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe deyib.

“Biz daşqınlar zamanı oyun keçirərək riskə getmək istəmirik. Bu, hörmət məsələsidir, çoxlu fikirlər söyləmişik və bəziləri bizə deyirlər ki, iqlim dəyişikliyi var, bəlkə yağış problem olmayacaq. Amma sonda konsensusa gəldik ki, risk edə bilmərik”-deyə, o bildirib.

İyun ayında Kot d İvuarın ən böyük şəhəri Abidjanda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 5 nəfər həlak olub. İyun ənənəvi olaraq ilin ən yağışlı ayıdır, şəhərə orta hesabla təxminən 300 mm su düşür. (report)