12/07/2022
14:48
1467
| A A A
Misir yığmasına yeni baş məşqçi təyin olunub

Futbol üzrə Misir milli komandasına yeni baş məşqçi təyin olunub.

Goal.az xəbər verir ki, bu, portuqaliyalı Ruy Vitoriyadır.

52 yaşlı mütəxəssislə 4 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Ruy Vitoriya əvvəllər Portuqaliyanın müxtəlif komandalarında, o cümlədən, Benfica-da, eləcə də Səudiyyə Ərəbistanının An Nasr və Rusiyanın Spartak klubunda çalışıb. (report)