22/09/2022
16:32
2428
| A A A
Milan-ın futbolçusu millidə zədələndi

İtaliya millisi Millətlər Liqasında İngiltərə ilə oyun öncəsi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Sandro Tonali zədələnib. Milan-ın yarımmüdafiəçisi məşqdə xəsarət alıb. Bu səbəbdən o, sözügedən oyunu buraxmalı olacaq.

İtaliya - İngiltərə oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə 22:45-də start götürəcək.