Portuqaliya millisinin yeni baş məşqçisi müəyyənləşib
Portuqaliya millisinin yeni baş məşqçisi Roberto Martinez olacaq.
Goal.az xəbər verir ki, DÇ-2022-dəki uğursuzluqdan sonra Belçika millisindən ayrılan 49 yaşlı mütəxəssis Portuqaliya yığmasını çalışdıracaq. Bu məsələ ilə bağlı şifahi razılıq əldə olunub. İspaniyalının təyinatı gələn həftənin sonuna qədər baş tutmalıdır.
Qeyd edək ki, Portuqaliya millisinin son baş məşqçisi Fernando Santuş olub. O, DÇ-2022-dən sonra istefaya göndərilib.