Dünyada ilin məşqçisi açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı baş məşqçisini açıqlayıb.
Goal.az xəbər verir ki, bu ada Argentina millisinin çalışdırıcısı Lionel Skaloni layiq görülüb.
45 yaşlı mütəxəssis 240 xalla digər həmkarlarını qabaqlayıb. İkinci yeri Fransa yığmasının baş məşqçisi Didye Deşam (45 xal) tutub. İlk “3-lüy”ü 30 xalla Mərakeş seçməsinin çalışdırıcısı Valid Reqraqi tamamlayıb. Bununla tarixdə ilk dəfə Afrika təmsilçisinin baş məşqçisi ilk “üçlüy”ə düşə bilib.
Qeyd edək ki, Lionel Skaloni ötən il Argentina yığmasına dünya çempionluğunu qazandırıb. (report)