Fransa millisinin əsas qapıçısı müəyyənləşib
Fransa millisində Uqo Llorisin yığmadakı karyerasını başa vurduqdan sonra kimin əsas qapıçı olacağı müəyyənləşib.
Goal.az xəbər verir ki, baş məşqçi Didye Deşamın ilk seçimi Milan-ın qolkiperi Mayk Menyan olacaq. Bildirilib ki, o, hazırda zədəsini sağalmağa davam edir. Bu səbəbdən bir oyun Stev Mandanda əsas heyətdə yer ala bilər.