Ən yaxşı baş məşqçi adına namizədlər bəlli olub
FIFA 2022-ci ilin ən yaxşı kişi baş məşqçisi adına namizədləri açıqlayıb.
Goal.az xəbər verir ki, siyahıda ümumilikdə 5 mütəxəssis yer alıb.
Bunlar İspaniya Real Madrid-indən Karlo Ançelotti, Fransa millisindən Didye Deşam, İngiltərənin Manchester City klubundan Xosep Qvardiola, Mərakeş yığmasından Valid Reqragi və Argentina seçməsindən Lionel Skalonidir.
Qeyd edək ki, "The Best" mükafatı 2023-cü il fevralın 27-də təqdim ediləcək. (report)