21/01/2023
12:49
2700
| A A A
Rüdi Föller Almaniya yığmasına qayıdıb

Almaniya millisinin keçmiş baş məşqçisi Rüdi Föller bu komandaya qayıdıb.

Goal.az xəbər verir ki, Almaniya Futbol Assosiasiyası (DFB) 63 yaşlı mütəxəssisi yığmanın idman direktoru vəzifəsinə təyin edib.

O, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından sonra istefa verən Oliver Birhoffu əvəzləyib. Föller fevralın 1-dən yeni işində fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Rüdi Föller 2000-2004-cü illərdə Almaniya yığmasına rəhbərlik edib. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI