Brahim Diaz İspaniya millisindən imtina etdi
Milan-ın yarımmüdafiəçisi Brahim Diaz vətəndaşlığını dəyişib.
Goal.az xəbər verir ki, o, bundan sonra Mərakeş millisində çıxış edəcək.
23 yaşlı futbolçu martda keçiriləcək təlim-məşq toplanışında məhz bu millinin düşərgəsinə qoşulacaq.
Diazın İspaniyanın Malaqa şəhərində anadan olmasına baxmayaraq, onun valideynləri əslən Mərakeşdəndirlər. O, İspaniyanın U-17, U-19 və U-21 komandalarında çıxış edib, 2021-ci ildə isə bu ölkənin əsas komandasında 1 matça çıxıb.