08/02/2023
21:20
2246
| A A A
Belçika millisində yeni çalışdırıcı

AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika yığmasının yeni baş məşqçisi məlum olub.

Goal.az xəbər verir ki, Belçika Kral Futbol Assosiasiyasının mətbuat xidməti Domeniko Tedeskonun millini çalışdıracağını elan edib.

38 yaşlı mütəxəssis AÇ-2024-ün sonuna qədər müqavilə imzalayıb. O, bu postda DÇ-2022-dən sonra istefaya göndərilən Roberto Martinesi əvəz edib.

Azərbaycan millisi seçmə mərhələnin F qrupunda Belçika ilə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə üz-üzə gələcək.

GÜNÜN ƏN ÇOX OXUNANLARI