25/02/2023
15:33
1676
| A A A
Almaniya millisi 1000-ci oyununu Ukraynaya qarşı keçirmək istəyir

Futbol üzrə Almaniya millisi tarixindəki 1000-ci oyununu Ukrayna yığmasına qarşı keçirmək istəyir.

Goal.az xəbər verir ki, matçın bu ilin iyununda təşkili planlaşdırılır.

Qarşılaşmanın dəqiq tarixi ictimaiyyətə daha sonra açıqlanacaq.

Qeyd edək ki, Almaniya millisi 4 qat dünya və 3 qat Avropa çempionudur.

GÜNÜN ƏN ÇOX OXUNANLARI