27/04/2019
16:26
1408
| A A A
PSG Milan-la mübarizə aparacaq

Ajax-ın yarımmüdafiəçisi Donni van de Bek Fransaya köçə bilər. Goal.az xəbər verir ki, PSG gənc futbolçunun transferində maraqlıdır.

Parislilər 22 yaşlı oyunçunu mövsümün sonunda heyətinə qatmaq niyyətindədir. Amsterdam təmsilçisi də onun gedişindən minimum 60 milyon avro qazanmağı hədəfləyir. Ancaq futbolçu eyni zamanda Milan-ın gündəmindədir.

Qeyd edək ki, Donni van de Bek bu mövsüm Hollandiya çempionatında 32 oyunda iştirak edib, 8 qola imza atıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17068 səs