03/05/2019
12:10
1628
| A A A
1 saata görə 5 günlük cəza

Milan-ın baş məşqçisi Cennaro Qattuzo komandanın futbolçularını cəzalandırıb.

Goal.az xəbər verir ki, Qattuzo futbolçulara 5 günlüyünə bazanı tərk etməyi qadağan edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Qattuzo, son məşqə 1 saat gecikən və komandayla yalnız 10 dəqiqəlik hazırlıq keçən Timo Bakayokoya görə bütün futbolçulara bazanı tərk etməyi qadağan edib. Milan-ın A Seriyasının növbəti turunda Bologna ilə qarşılaşacağı oyuna qədər, futbolçular bazada qalacaq. Qattuzonun Bakayokoya isə ciddi cəza verəcəyi gözlənilir.

Milan – Bologna matçı mayın 6-da, saat 22:30-da start götürəcək.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5021 səs