22/05/2019
16:00
2008
| A A A
Silva Milan-a qayıdır

Sevilla-da icarə əsasında çıxış edən Milan-ın hücumçusu Andre Silva İspaniya klubundan ayrıldığını açıqlayıb.

Goal.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb:

“Daha bir mövsüm başa çatır. Sevilla-ya inanılmaz qəbula görə təşəkkürümü bildirirəm. Bu şəhər və komanda mənim çox xoşuma gəldi”.

Portuqaliya millisinin üzvü 2018-ci ilin avqust ayından Sevilla-da icarədə idi. İspaniya təmsilçisi 22 yaşlı hücumçunu 5 milyon avroya 1 illik icarəyə götürmüşdü. Sevilla mövsümün sonunda 30 milyon avro ödəməklə Silvanı birdəfəlik transfer edə bilərdi. Amma klub onu saxlamaqda maraqlı olmayıb.

Qeyd edək ki, Silva Milan-a 2017-ci ilin iyun ayında 38 milyon avro qarşılığında Porto-dan keçib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34041 səs