06/02/2023
14:07
2595
| A A A
Milan altı ildən sonra antirekordu təkrarlayıb

İtaliyanın Milan klubu altı ildən sonra antirekordunu təkrarlayıb.

Goal.az xəbər verir ki, "rossionerilər" ardıcıl 4 qarşılaşmanın hamısında məğlubiyyətlə üzləşib.

Stefano Piolinin baş məşqçi olduğu kollektiv iki dəfə İnter-ə, hərəsi bir dəfə olmaqla isə Sassuolo və Lazio-ya yenilib.

Bu hal 2017-ci ilin yanvar-fevral aylarında da yaşanıb. Həmin vaxt hazırkı ölkə çempionuna Vinçentso Montella rəhbərlik edib.

Qeyd edək ki, ötən gün Milan A Seriyasının XXI turunda İnter-ə 0:1 hesabı ilə uduzub. Komanda hazırda 38 xalla 6-cı pillədə qərarlaşıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI