Milan-da yeni müqavilə
Milan futbolçusu Olivye Jiru ilə müqaviləni uzadıb.
Goal.az xəbər verir ki, xeyli vaxtdır danışıq aparan tərəflər bu gün müqaviləyə imza atıb.
36 yaşlı forvard daha bir il komandada çıxış edəcək. Onun sözləşməsi mövsümün sonuna qədər idi.
Qeyd edək ki, fransalı futbolçu bu mövsüm Milan-ın heyətində bütün turnirlərdə 27 oyunda 10 qol vurub və 6 qol ötürməsi edib.