Milan-ın zədəlisi məşqlərə başladı
Milan-ın müdafiəçisi Alessandro Florenzi fərdi məşqlərə başlayıb.
Goal.az xəbər verir ki, o, əməliyyatdan sonra ilk məşqini edib. İtaliyalı futbolçu yüngül çəki proqramı üzrə hazırlaşır.
Florensi 5 ay öncə zədələnmişdi. Alessandro bu mövsüm A Seriyasında cəmi 2 oyun keçirə bilib. Onun "rossoneri" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.