15/02/2023
11:22
1359
| A A A
Milan 10 ildən sonra ilk dəfə pley-off mərhələsində qələbə qazanıb

İtaliyanın Milan klubu 10 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qələbə qazanıb.

Goal.az xəbər verir ki, “rossonyerlər” İngiltərə təmsilçisi Tottenham-i 1:0 hesabı ilə məğlub edərək buna nail olublar.

A seriyasının çempionu buna qədər axırıncı dəfə 2013-cü ildə qrupdan sonrakı mərhələdə İspaniyanın Barcelona klubunu məğlub edib. Ancaq həmin vaxt cavab qarşılaşmasında üstün olan kataloniyalılar 1/4 finala adlayıblar.

Milan eyni zamanda 2012-ci ildən sonra birinci dəfə İngiltərə təmsilçisinə qalib gəlib. İtalyanlar buna qədər 2011/2012 mövsümünün 1/8 finalında Arsenal-dan (4:0) güclü olub. Son 11 ildə ingilislərlə baş tutan 5 görüşün hamısında rəqiblər qələbə sevinci yaşayıblar.

Qeyd edək ki, Milan-la Tottenham arasında cavab oyunu martın 8-də keçiriləcək. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI