15/02/2023
19:28
1279
| A A A
"İkinci oyun daha vacib olacaq" - Pioli

Milan-ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının 1/8 finalında Tottenham-ə qalib gəldikləri ilk matç (1:0) haqqında danışıb.

Goal.az mütəxəssisin verdiyi açıqlamanı təqdim edir:“Matç çətin keçdi. Çünki Tottenham güclü rəqibdir. Amma yaxşı oynadıq. Biz diqqətlə hərəkət etdik və planlarımızı uğurla həyata keçirdik. Yaxşı komanda oyunu nümayiş etdirdik. Çox təəssüf ki, ikinci qolu vura bilmədik. Tottenham güclüdür və bu, ilk matç idi. İkinci oyun daha vacib olacaq.  Mən həmişə futbolçularıma inanıram. Bu, karyeramın ən yaxşı Çempionlar Liqası oyunu idi".

GÜNÜN ƏN ÇOX OXUNANLARI