25/12/2019
15:45
3186
| A A A
Sneyder vida matçı keçirəcək

Futbolla bir neçə ay əvvəl Qətərdə vidalaşan Niderland yığmasının keçmiş kapitanı Uesli Sneyder üçün vida oyunu təşkil ediləcək.

Goal.az xəbər verir ki, son klubu Al-Garapha olmuş 35 yaşlı veteranın şərəfinə keçiriləcək son matç 2020-ci il iyunun 3-də Utrextdə baş tutacaq.

15 il (2003/2018) Niderland millisinin formasını geyinmiş Sneyder Ajax, Real Madrid, İnter, Galatasaray və Nice-nın uğurlarında pay sahibi olub. "Narıncılar"ın heyətində 134 oyun keçirib, 31 qol vurub. Yığma ilə 2010-cu ildə dünya üçüncüsü olub. (sportinfo)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5461 səs