31/12/2019
11:20
3283
| A A A
"Onun nə qərar verdiyini artıq bilirəm, amma söyləməyəcəm"

Tottenham-in baş məşqçisi Joze Mourinyo mövsümün sonunda müqaviləsi bitəcək Kristian Eriksenin gələcəyi barədə danışıb.

Goal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis danimarkalı futbolçunun qərar verdiyini bildirib:

"Onunla üz-üzə əyləşib, dürüst şəkildə söhbət elədik. Danışıq zamanı bir-birimizə güvəndik. Onun nə qərar verdiyini artıq bilirəm, amma bunu söyləyə bilmərəm.

Onun gələcəyi barədə açıqlamanı verən ilk şəxs mən olmamalıyam. Bu, onun özü şəxsi işləridir. Axı biz bir-birimiz güvənərək söhbət elədik".

27 yaşlı yarımmüdafiəçi 2013-cü ildəAjax-dan 13,5 milyon avro qarşılığında Tottenham-ə keçmişdi.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5763 səs