11/01/2020
15:20
2209
| A A A
Ürəyində problem olan futbolçu meydana qayıtmaq istəyir

Ajax-ın futbolçusu Deyli Blind ürəyindəki problemlərlə əlaqədar meydana qayıtmayacağına dair şayiələri təkzib edib.

Goal.az-ın məlumatına görə, hollandiyalı müdafiəçi yenidən futbol oynamaq niyyətini ifadə edib.

"Bir həftə və ya iki ayımı itirə bilərəm. İstənilən halda, mənə bu dövrdə heç nə etməmək üçün dözüm lazımdır. Bərpa olunmalıyam və bunun üçün vaxta gərək var" deyən Blind bir daha oynamayacağına dair mülahizələrdən narahat olmadığını bildirib. Onun sözlərinə görə, belə fikirlər meydana daha tez dönüşünü göstərmək üçün əlavə motivasiyadır".

Qeyd edək ki, ötən ilin sonlarında Deyli Blində miokardit diaqnozu qoyulub. Daha sonra 29 yaşlı oyunçu əməliyyat olunub. Atası Danni Blind oğlunun meydana potensial dönüşünün 100 faiz təhlükəsiz olmadığını bildirib. (report)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5461 səs