05/04/2020
21:29
4536
| A A A
"Bir qadınla iki dəfə evlənməzlər"

Misir milli komandasının və Ajax-ın sabiq futbolçusu Mido Real Madrid-in baş məşqçisi Zinəddin Zidanla bağlı fikirlərini bildirib.

Goal.az xəbər verir ki, keçmiş hücumçu, Zidanın Real Madrid-ə heç nə gətirmədiyini deyib:

“Real Madrid mənim ən sevimli klubumdur. Zidana gəldikdə isə, onun komandaya nəsə gətirdiyini düşünmürəm. Bu vəziyyətdə bir söz deyirlər: bir qadınla iki dəfə evlənməzlər”.

Qeyd edək ki, karyerası ərzində Ajax, Tottenham, Roma, Burnsley kimi klublarda çıxış edən Mido, Misir yığmasında 50 oyuna çıxıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5464 səs