20/05/2019
12:34
791
| A A A
Remzi Arsenal-ı dəstəkləmək üçün Bakıya gələcək

Arsenal-ın yarımmüdafiəçisi Aaron Remzi komandasını Avropa Liqasının finalında yalnız buraxmayacaq.

Goal.az-ın məlumatına görə, ulduz futbolçu mayın 29-da Chelsea ilə final qarşılaşması üçün Bakıya gələcək.

Zədəli olduğu üçün mövsümü başa vuran Remsi hazırda ailəsi ilə birlikdə Portuqaliyada dincəlir. Futbolçu Arsenal-ın oyunçusu kimi son vəzifəsini yerinə yetirəcəyini, komandanı Bakı Olimpiya Stadionunun tribunasından dəstəkləyəcəyini vurğulayıb.

Qeyd edək ki, Remzi məhz Avropa Liqasının final görüşündən sonra Arsenal-la yollarını ayırıb, Juventus-la 4 illik müqavilə imzalayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15237 səs