22/12/2022
22:47
2329
| A A A
Arsenal ulduz futbolçusuyla yeni müqavilə bağlayacaq

Arsenal hücumçusu Qabriel Martinelli ilə müqaviləni yeniləməyə yaxındır.

Goal.az xəbər verir ki, braziliyalı futbolçunun sözləşməsi 2027-ci ilin yayına qədər uzadıla bilər.

Qeyd edək ki, Martinelli cari mövsümdə komandanın heyətində 20 matça çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI