Arsenal-da yeni müqavilə
Arsenal Bukayo Saka ilə müqaviləni uzadıb.
Goal.az xəbər verir ki, cinah yarımmüdafiəçisi ilə hazırkı müqavilə 2023-cü ilin yayına kimi hesablanıb. London təmsilçisi oyunçu ilə müqaviləni daha bir il uzatmaq imkanı ilə bağlı bəndi aktivləşdirib.
Tərəflər həmçinin müqavilənin daha uzun müddətə uzadılmasını müzakirə edirlər. Danışıqların hazırda yaxşı getdiyi vurğulanıb.