Arsenal-ın yeni transfer hədəfi
Arsenal daha bir oyunçunu heyətinə qatmağa hazırlaşır.
Goal.az xəbər verir ki, “topçular” Spezia-dan Yakib Kivioru transfer etməyə yaxındır.
London klubu Spezia ilə 25 milyon avro qarşılığında razılaşıb. 22 yaşlı yarımmüdafiəçi yaxın zamanda tibbi müayinədən keçmək üçün İngiltərəyə gələcək.
Polşa millisinin də üzvü olan müdafiəçi 2021-ci ildən Spezia-da çıxış edir. O, bu komanda ilə 43 matça çıxıb.