24/01/2023
11:05
1830
| A A A
Arsenal Premyer Liqada 3 klubun nailiyyətini təkrarlayıb

Arsenal klubu İngiltərə Premyer Liqasında yeni nailiyyətə imza atıb.

Goal.az xəbər verir ki, "topçular" buna XXI turda Manchester United-i evdə 3:2 hesabı ilə məğlub etdikləri oyunda nail olub.

London təmsilçisi 19 qarşılaşmadan sonra 50 xalla turnir cədvəlinə başçılıq edir. Mikel Artetanın baş məşqçi olduğu kollektiv yarım mövsümdə 50 və daha çox xal toplayan dördüncü komanda olub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI