26/01/2023
13:47
2123
| A A A
"Karyeramda çoxlu məşqçi olub, amma Arteta kimisi olmayıb" - Qranit Caka

Arsenal-ın yarımmüdafiəçisi Qranit Caka "topçular"ın baş məşqçisi Mikel Arteta haqda fikirlərini bölüşüb.

Goal.az futbolçunun verdiyi açıqlamanı təqdim edir: “Ötən mövsüm ilk üç matçda məğlub olduq. Sonra bəzilərinin səbri tükəndi. Amma indi görürsən ki, məşqçiyə vaxt versən, nə baş verə bilər. Arteta xüsusidir. Karyeramda çoxlu məşqçi olub, amma Arteta kimisi olmayıb. Deyəsən günün 24 saatını ancaq futbol haqqında düşünür. Onun hər zaman A planı, B planı və bəlkə də Z planı var. Amma o, təkcə məşqçi kimi deyil, həm də insan kimi ən yaxşısıdır”.

Qeyd edək ki, Arsenal İngiltərə Premyer Liqasında 19 matçda 50 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI