Arsenal braziliyalı ilə müqaviləni uzadacaq
Arsenal futbolçusu Qabriel Martinellinin müqaviləsini uzadacaq.
Goal.az xəbər verir ki, "topçular"ın 21 yaşlı futbolçu ilə razılığa gəldiyi bildirilib.
Arsenal braziliyalı hücumçunun sözləşməsini 2026-cı ilin yayına qədər artıracaq.
Martinelli bu mövsüm 19 oyunda 7 qol vurub.