22/02/2023
19:22
2448
| A A A
Nabil Fekir Premyer Liqaya keçə bilər

Real Betis-in yarımmüdafiəçisi Nabil Fekir karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, 29 yaşlı fransalı futbolçunun xidmətində Arsenal və Manchester United maraqlıdır.

Betis Fekirlə 30 milyon avrodan aşağı qiymətə ayrılmaq niyyətində deyil.

Qeyd edək ki, Fekir bu mövsüm 19 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI