24/04/2019
17:54
2089
| A A A
“Çempion olmaq mənim üçün kifayətdir” – Valverde

İspaniya La Liqasının son turunda Alaves-ə 2:0 hesabı ilə qalib gələn Barcelona-nın baş məşqçisi Ernesto Valverde matçdan sonra açıqlama verib.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, çempionluq haqqında danışıb:

“Bu gün 3 xal qazanmağımız çox vacib idi. Yaxşı motivasiya olunmuşduq və qalib gəldik. Artıq çempionluğa çox az qalıb. Aylarla bunun üçün mübarizə apardıq və nəhayət, qazanacağıq”.

İspan mütəxəssis, bu turda Atletico-nun öz meydanında Valencia-ya məğlub olacağı halda, çempionluğu təmin edəcəkləri ilə bağlı da danışıb:

“Çempionluğu harda, necə təmin etməyimizin bir mənası yoxdur. Çempion olmaq mənim üçün kifayətdir. Atletico son ana qədər mübarizə aparacaq. Çempionluq təmin olunanda, çox xoşbəxt olacam”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17386 səs