27/04/2019
16:57
1189
| A A A
Simeone Qrizmannın gələcəyi haqda açıqlama verdi

Atletico Madrid-in baş məşqçisi Dieqo Simeone yayda Antuan Qrizmannın Barcelona-ya keçəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Goal.az xəbər verir ki, argentinalı mütəxəssis fransız hücumçunun növbəti mövsümdə də komandada qalacağını söyləyib:

"Antuan Atletico üçün çox vacib oyunçudur. Biz gələcəkdə də ona bel bağlayacağıq. Komandanın kapitanlarından biridir. Ümid edirik ki, növbəti mövsümdə də ən azı bu ilki qədər məhsuldar olacaq".

Qeyd edək ki, Qrizmann mövsümün hazırkı hissəsinə kimi Atletico-nun heyətində 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid klubu ilə 2023-cü ilin yayına qədər müqaviləsi var.

(qol.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33976 səs