01/05/2019
16:00
2560
| A A A
Porto-nun daha bir müdafiəçisi Madrid klubuna keçir

Porto-nun daha bir futbolçusu karyerasını İspaniyada davam etdirəcək.

Goal.az-ın xarici mətbuata istinadən məlumatına görə, Felipe Madridə köçməyə hazırlaşır.

Real-la anlaşan Eder Militaodan sonra Felipe də Atletico ilə ilkin müqavilə imzalayıb. Madrid təmsilçisi Braziliya millisinin üzvünə İnter-ə keçməsi gözlənilən Dieqo Qodinin əvəzləyicisi gözü ilə baxır. Bu keçidin Atletico-ya 17-20 milyon avroya başa gələcəyi söylənilir.

Qeyd edək ki, Felipe bu mövsüm Porto-nun heyətində 49 oyun keçirib, 3 qola imza atıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17091 səs