09/05/2019
14:28
4969
| A A A
Kosta İtaliya nəhənginin hədəfində

Atletico-nun futbolçusu Dieqo Kosta karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, 30 yaşlı hücumçu Napoli-nin diqqət mərkəzinə düşüb. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Xəbərdə, Napoli-nin Braziliya əsilli ispaniyalı futbolçunu icarəyə götürmək istədiyi bildirilib.

Bu mövsüm La Liqada 16 qarşılaşmada iştirak edən Kosta, 2 qol vurub. Onun Atletico ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5199 səs