18/05/2019
19:00
1970
| A A A
“Heç bir futbolçu Atletico-dan böyük deyil” – Simeone

Atletico-nun baş məşqçisi Dieqo Simeone Antuan Qrizmannın komandadan ayrılması ilə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, argentinalı mütəxəssis, heç bir futbolçunun Atletico-dan böyük olmadığını deyib:

“Hər şeydən əvvəl bizim üçün etdiklərinə görə ona təşəkkür edirəm. Qrizmannı bir insan olaraq sevirəm. Artıq başqalarının qərarlarını mühakimə etməməyi öyrənmişəm. Onsuz da onun ayrılmaq ehtimalının olduğunu bilirdik.

Heç bir futbolçu Atletico-dan böyük deyil. Burdan Fernando Torres, Dieqo Forlan, Serxio Aquero, Dieqo Kosta ayrıldı və indi də Qrizmann gedir. İndiyə qədər kim getdisə, mübarizə aparmağa davam etdik və bundan sonra da edəcəyik.

Bundan sonra Real Sociedad-dan bir Qrizmann, Villarreal-dan bir Rodriqo, Portuqaliyadan da bir Yan Oblak tapmağa çalışacağıq”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15254 səs